Türkiyədə xaricə qaçmaq istəyən daha 14 FETÖ üzvü tutulub
Tarix: 23-10-2023 11:44 | Bölmə: Dünya
Türkiyədə xaricə qaçmaq istəyən daha 14 FETÖ üzvü tutulub

Türkiyədə xaricə qaçmaq istəyən FETÖ üzvü olmaqda şübhli bilinən daha 14 nəfər saxlanılıb.

Reyting.az 
Türkiyə mətbuatına istinadla xəbər verir ki, FETÖ/PDY silahlı terror təşkilatına üzv olduğu üçün 6 il 3 ay həbs cəzası kəsilən, lakin hökmdən sonra qaçaraq gizlənən Mustafa.Y. adlı şəxs Antalyada tutulub. Telefonuna baxış zamanı məlum olub ki, o, təşkilat üzvləri ilə xaricə qaçmağa hazırlaşırmış. Bundan sonra onunla birgə qaçmağa çalışan 14 FETÖ üzvünə qarşı yeni əməliyyat planı qurulub və onlar gizləndikləri evdə qandallanıblar.

Bildirilir ki, şübhəlilərin qaldıqları evdə aparılan axtarış zamanı 15 min 445 avro, 11 min 820 lirə, 500 qram külçə gümüş və saxta pasportlar aşkarlanıb.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}