20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
XİN: “NATO Baltik dənizini Rusiya gəmiləri üçün bağlasa...”
Tarix: 23-10-2023 13:45 | Bölmə: Dünya
XİN: “NATO Baltik dənizini Rusiya gəmiləri üçün bağlasa...”

“Əgər NATO Rusiya gəmilərinin Baltik dənizindən keçməsini dayandırmaq qərarına gəlsə, bu, beynəlxalq hüququn kobud şəkildə pozulması olacaq”.

Reyting.az
“RİA Novosti” istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

Nazir müavini bildirib ki, bu, NATO üzvü olan ölkələrin, xüsusən də ABŞ-ın tez-tez təkrarladığı beynəlxalq nəqliyyat və naviqasiya qanunlarının kobud şəkildə pozulması olardı.

Qruşko əlavə edib ki, NATO üzvü olan ölkələr belə bir addımın nəticələrinin ciddiliyini dərk etməlidirlər. “Biz bilirik ki, bəzi siyasətçilər və NATO strateqləri Baltik dənizini NATO-nun daxili gölünə çevirmək arzusundadırlar. Amma bu, heç vaxt olmayacaq”, - deyə diplomat əmin edib.

Xatırladaq ki, Latviya prezidenti Edqars Rinkeviç bir müddət əvvəl Moskvanın Balticconnector qaz kəməri insidentində iştirakına dair sübutlar aşkar edilərsə, Baltik dənizinin Rusiyaya bağlanmasını təklif etmişdi. Bu ittihama cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyanın bu cür hərəkətlərlə heç bir əlaqəsi olmayıb və olmayacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər