14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İran təkmilləşdirilmiş silahını sınaqdan keçirib
Tarix: 23-10-2023 20:15 | Bölmə: Dünya
İran təkmilləşdirilmiş silahını sınaqdan keçirib

İran hava hücumundan müdafiənin modernləşdirilməsi proqramı çərçivəsində “Karrar” pilotsuz döyüş təyyarəsinin təkmilləşdirilmiş versiyasını sınaqdan keçirib.

Reyting.az
İSNA-ya istinadla bildirir ki, bu barədə İran Ordusunun Baş Qərargah rəisi və Hava Hücumundan Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı Məhəmməd Yusif Xoşqalb bildirib.

Onun sözlərinə görə, yeni versiya “Məcid” qısamənzilli raketi ilə təchiz olunub.

Agentlik onun sözlərini sitat gətirir:

“Karrar” on ildən əvvəl ordumuzda xidmətə başlayıb. Biz onun taktiki və texniki xüsusiyyətlərini təkmilləşdirməyə, silahlanmanı əvvəlki modellərlə müqayisədə artıra bildik. Artan sürət, uçuş məsafəsi, maksimum hündürlük. “Karrar” artıq “hava-hava” tipli raketləri daşımaq iqtidarındadır”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}