14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İsrailin hərbi əməliyyatının növbəti mərhələsi açıqlanıb
Tarix: 24-10-2023 00:17 | Bölmə: Dünya
İsrailin hərbi əməliyyatının növbəti mərhələsi açıqlanıb

Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatına qarşı İsrailin hərbi əməliyyatının növbəti mərhələsi dəniz, quru və havada birgə hərəkətləri əhatə edəcək.

Reyting.az
xəbər verir ki, bunu Yəhudi Dövlətinin müdafiə naziri Yoav Qalant İsrail Hərbi Dəniz Qüvvələrinin Aşdod liman şəhərindəki bazasına səfəri zamanı deyib.

Y. Qalant hərbçilərə mesaj da ünvanlayıb:

“Əla, əla iş gördünüz! Əməliyyatımıza hazırlaşmağa davam edin, tezliklə gələcək. Biz növbəti addımımıza - havada, quruda və dənizdə çoxşaxəli əməliyyata diqqətlə hazırlaşırıq”.

Müdafiə naziri Aşdoddakı hərbçilərə deyib:

“İşinizlə məşğul olun, hazır olun, bizə kömək edəcəksiniz”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}