HƏMAS yaşlı qadınları İsrailə təhvil verib - Fotolar
Tarix: 24-10-2023 11:40 | Bölmə: Dünya
HƏMAS yaşlı qadınları İsrailə təhvil verib

İsrailə helikopter enişi hamının marağına səbəb olub. Helikopterdəki şəxslərin kim olması isə az sonra bilinib.

Reyting.az
xatırladır ki, oktyabrın 7-də İsrailə qarşı görünməmiş hücum həyata keçirən HƏMAS təşkilatı 200-dən çox şəxsi girov götürüb.

Silahlı münaqişənin ikinci həftəsində amerikalı ana və qızını azad edən HƏMAS bu dəfə girov götürdüyü iki yaşlı israilli qadını Qırmızı Xaç rəsmilərinə təhvil verib. HƏMAS-ın silahlı qanadı İzzəddin alayı yaşlı insanları azad edib. Qoca Nurit Yitzhak və 85 yaşlı Yocheved Lifşits Misir və Qətərin vasitəçiliyi ilə azadlığa buraxılıblar.



HƏMAS daha sonra video yayımlayıb. İki girovun həkimlərə təhvil verildiyini əks etdirən videoda yaşlı qadınlara yeməklə yanaşı isti içkilər də verildiyi görünür. Videonun sonunda 85 yaşlı Yoçeved Lifşits bir adamla əl-ələ tutur. Qoca onu təhvil verən kamuflyaj geyinmiş və üzü örtülü şəxsə tərəf dönür və həmin döyüşçünün əlini sıxır.

Sağlamlıq səbəbi ilə HƏMAS-ın azad edəcəyi açıqlanan girovlar Tel-Əvivə gətirilib. Onları daşıyan helikopter İsrailin paytaxtına enib. Xəstələr helikopterdən təcili yardıma köçürülərək xəstəxanaya aparılıblar.



Beynəlxalq Qızıl Xaç Komitəsinin girovların İsrail hakimiyyətinə təhvil verilməsində rolu olub. İsrail Beynəlxalq Qızıl Xaç və Misirə təşəkkür edib.

Onu da qeyd edək ki, bazar ertəsi HƏMAS-ın atəşkəs müqabilində 50 əcnəbi və ikili vətəndaşlığı olan şəxsləri azad etməyə razılaşdığı bildirləsə də, sonradan İsrail tərəfi bu məlumatı təkzib edib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}