20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ-ın hərbi bazaları hücuma məruz qalıb
Tarix: 24-10-2023 12:02 | Bölmə: Dünya
ABŞ-ın hərbi bazaları hücuma məruz qalıb

Dünən gecə İslami-Müqavimət Hərəkatının yaraqlıları Amerika Birləşmiş Ştatlarının Suriyadakı hərbi bazalarına hücum ediblər.

Reyting.az
xəbər verir ki, “Al Mayadan” telekanalının qaynaqları onların Əl-Ömər neft yatağına, eləcə də Suriyanın şərqindəki Hasaki çölündə, Əl-Şədadi bölgəsindəki Amerika bazasına kamikadze pilotsuz təyyarələrlə zərbələr endiriblər.

Bazalar kamikadze dronları tərəfindən uğurla vurulub və “birbaşa zərbələr” qeydə alınıb.

Xatırladaq ki, İsraillə HƏMAS arasında gərginlik fonunda ABŞ-ın Suriya və İraqdakı bazalarına hücumlar tez-tez baş verir.

Dünən İslami-Müqavimət Hərəkatı Suriyanın Ət-Tanf, Əl-Malikiya və Əl-Rukban bölgəsindəki Amerika bazalarına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Oktyabrın 18-də İraqın qərbində və şimalında yerləşən hərbi bazalara pilotsuz uçan aparatla hücum edildiyi məlum olub. Bildirilib ki, Amerika hərbçiləri iki pilotsuz uçan aparatı vurub, digərini isə zədələyib.

Artıq oktyabrın 19-da media İraqın qərbindəki Ayn əl-Əsəd aviabazasına pilotsuz təyyarə ilə hücum edildiyini, onların da raketlərlə vurulduğunu bildirib.

İtkilər barədə məlumat verilmir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər