20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ukraynaya məxsus pilotsuz qayıqlar vurulub
Tarix: 24-10-2023 12:14 | Bölmə: Dünya
Ukraynaya məxsus pilotsuz qayıqlar vurulub

Oktyabrın 24-nə keçən gecə Qara dənizdə Sevastopol yaxınlığında Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus üç pilotsuz kater aşkar edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, Rusiya pilotsuz qayıqların aşkar edildiyi ərazini təxribat əleyhinə raket və bomba sistemləri ilə vurub.

“Sevastopol körfəzinin kənar yol hissəsində mina və təxribat əleyhinə tədbirlər kompleksi həyata keçirilir”, - Müdafiə Nazirliyi bildirib.

Oktyabrın 24-də səhər saatlarında ilhaq edilən Sevastopol administrasiyasının rəhbəri Mixail Razvojaev teleqram kanalında yazıb ki, xarici yolda Qara dəniz donanması sualtı təxribat qüvvələrinin və düşmən aktivlərinin mümkün hücumunu dəf edir.

Xatırladaq ki, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan Sevastopol müntəzəm olaraq atəşə tutulur. Oktyabrın əvvəlində bildirilib ki, Qara Dəniz Donanmasının obyektlərinə edilən hücumlar, eləcə də o zaman Ukraynaya gözlənilən ATACMS raketlərinin tədarükü rus komandanlığını gəmilərin bir hissəsini Sevastopoldan Novorossiyskə köçürməyə məcbur edib.

Bu arada məlum olub ki, Rostov-na-Donda səhər saat 08:00 radələrində hava hücumundan müdafiə sistemi işləməyə başlayıb. Bölgə rəhbəri Vasili Qolubevin deyib ki, onlar Rostov vilayətinin hüdudlarından kənarda Şimal-Qərb Hərbi Dairə zonasında hava hədəflərinə qarşı uğurla işləyiblər. Bölgə rəhbəri həmçinin insanları sakit olmağa dəvət edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər