20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Stoltenberq: “İsveçin NATO-ya üzvlüyü noyabrın sonuna qədər təsdiqlənməlidir”
Tarix: 24-10-2023 16:06 | Bölmə: Dünya
Stoltenberq: “İsveçin NATO-ya üzvlüyü noyabrın sonuna qədər təsdiqlənməlidir”

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, İsveç noyabrın sonuna kimi Alyansın tamhüquqlu üzvü olmalıdır.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” İsveç hökumətinin nümayəndəsinə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, təxminən bir həftə əvvəl Stoltenberq bütün NATO-ya üzv ölkələrə məktub göndərərək qeyd edib ki, İsveç NATO xarici işlər nazirlərinin noyabrın 28-29-na planlaşdırılan görüşündən gec olmayaraq Alyansa üzv olmalıdır.

İsveçin Avropa İttifaqı işləri üzrə naziri Cessika Rosval çərşənbə axşamı bildirib ki, o, macar həmkarı ilə NATO-ya üzvlük məsələsini müzakirə etməyi planlaşdırır.

O, Lüksemburqda deyib: “Biz də Macarıstandan sürətli qərar gözləyirik və mümkün qədər tez NATO üzvü olmaq istəyirik”.

Türkiyə Macarıstanla birlikdə İsveçin Alyansa qoşulmaq üçün müraciətini hələ də təsdiq etməyən sonuncu NATO üzvüdür.

Xatırladaq ki, bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə ay gözlədikdən sonra İsveçin Şimali Atlantika Alyansına daxil olması ilə bağlı protokolun ratifikasiyası üçün ölkə parlamentinə göndərmişdi.

Bundan sonra Macarıstan parlamentindəki müxalifət partiyalarından biri - MSZP sosialistləri Türkiyədən əvvəl İsveçin NATO-ya daxil olmasını mümkün qədər tez təsdiqləmək üçün fövqəladə toplantının çağırılması təşəbbüsü ilə çıxış edib.

NATO-nun baş katibi Türkiyə parlamentini İsveçin üzvlüyünü mümkün qədər tez ratifikasiya etməyə çağırıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər