16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
Spiker: "3+3” platforması Ermənistan üçün çox vacibdir"
Tarix: 25-10-2023 16:25 | Bölmə: Dünya
Spiker: "3+3” platforması Ermənistan üçün çox vacibdir"

“Cənubi Qafqaz regionunu əhatə edən “3+3” platforması Ermənistan üçün çox vacibdir”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrın 25-də keçirdiyi brifinqdə bildirib.

“Əgər siz regionun problemlərini orada təmsil olunan ölkələrlə müzakirə etməsəniz, onda Asiya dövlətləri ilə də danışıqlar apara bilməyəcəksiniz”, - o vurğulayıb.

Qeyd edək ki, “3+3” formatı 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Türkiyə və Azərbaycan tərəfindən irəli sürülən təşəbbüsdür. Bura Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İran və Rusiya daxildir.

“3+3” formatında birinci nazirlər görüşü oktyabrın 23-də İranın paytaxtı Tehranda keçirilib. Gürcüstan görüşə qatılmayıb.

Növbəti toplantının Türkiyədə keçirilməsi planlaşdırılır(Report).




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib