20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünə “yaşıl işıq” yandırır
Tarix: 25-10-2023 19:27 | Bölmə: Dünya
Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünə “yaşıl işıq” yandırır

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş İsveçin NATO-ya üzvlüyünü təsdiq edən qanun layihəsini imzalayıb.

Reyting.az
xəbər verir ki, bu barədə oktyabrın 25-də Türkiyənin “Axşam” qəzeti məlumat yayıb.

Bildirilir ki, İsveçin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı protokolun ratifikasiyasını təsdiq edən qanun layihəsi Numan Kurtulmuş tərəfindən imzalanaraq Xarici Əlaqələr Komitəsinə təqdim edilib.

Xatırladaq ki, İsveç 2022-ci ilin mayında Finlandiya ilə eyni vaxtda NATO-ya üzv olmaq üçün ərizə verib. Finlandiya 2023-cü il aprelin 4-də alyansın 31-ci üzvü olmaqla NATO-ya qəbul edilsə də, Stokholmda keçirilən kütləvi etirazlar və Quranın yandırılması Türkiyəni İsveçin üzvlüyə qəbuluna qarşı çıxmaq məcburiyyətində qoymuşdu.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 24-də bildirib ki, İsveç bütün öhdəlikləri yerinə yetirdikdən və qanunvericiliyi dəyişdikdən sonra alyansa qoşulmağa tam hazırdır. O əlavə edib ki, sənədləri ratifikasiya üçün təqdim etdikdən sonra Türkiyə parlamentinin İsveçin üzvlüyünü tez bir zamanda təsdiqləyəcəyini gözləyir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər