20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Baş nazir: “Gürcüstan Aİ-yə namizəd statusu almaq üçün hər şeyi edib”
Tarix: 26-10-2023 11:42 | Bölmə: Dünya
Baş nazir: “Gürcüstan Aİ-yə namizəd statusu almaq üçün hər şeyi edib”

"Gürcüstan müxalifətin maneələrinə baxmayaraq, Aİ-yə namizəd statusunun alınması ilə bağlı Avropa Komissiyasının tövsiyələrini həyata keçirmək üçün mümkün olan hər şeyi edib".

Bu barədə jurnalistlərə Baş nazir İrakli Qaribaşvili bildirib.

"Gürcüstan çox şəffaf bir proses həyata keçirdi, biz 12 tövsiyənin hamısına cavab verdik və mümkün olanı ən qısa müddətdə həyata keçirdik", - o bildirib.

Eyni zamanda, bu yolda əsas problem kimi müxalifətin maneələrini, təxribatlarını göstərib.

Baş nazir eyni zamanda qeyd edib ki, o, Avropa Komissiyasının rəyini və Avropa Şurasının qərarını nikbinliklə gözləyir.

Qeyd edək ki, Avropa Şurası 2022-ci ilin iyununda cəmiyyətin siyasi qütbləşməsi, məhkəmə islahatları, deoliqarxizasiya, KİV azadlığı kimi məsələləri daxil olmaqla 12 şərti yerinə yetirdikdən sonra Gürcüstana namizəd statusu verməyə hazır olduğunu bildirib(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər