Slovakiya Ukraynaya hərbi yardımdan imtina edib
Tarix: 26-10-2023 13:10 | Bölmə: Dünya
Slovakiya Ukraynaya hərbi yardımdan imtina edib

Slovakiya Ukraynaya hərbi yardım göstərməyəcək.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko bildirib.

“Biz Ukraynaya humanitar və mülki yardımı dəstəkləyirik - bu mənim hökumətimin rəsmi siyasəti olacaq. Biz Ukraynanı heç bir silahla təmin etməyəcəyik”, - baş nazir deputatlarla görüşdə imtinanı açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl “Politico” nəşri Slovakiyanın hakimiyyət eşelonlarının anti-Ukrayna mövqeyinin Fikonun 2009-cu ildə Kiyevdə soyuq qəbulla təhqir olunması ilə bağlı yarana biləcəyini irəli sürmüşdü.

Oktyabr ayında Slovakiyanın müvəqqəti hökuməti Ukraynaya əlavə hərbi yardımı dayandıracağını bəyan edib. Qərar Kiyevə dəstəyə qarşı çıxan partiyalar arasında koalisiyanın yaradılması ilə bağlı danışıqlar fonunda qəbul olunub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}