Fransa Qəzzaya xəstəxana gəmisi göndərib
Tarix: 26-10-2023 14:18 | Bölmə: Dünya
Fransa Qəzzaya xəstəxana gəmisi göndərib

Fransa Qəzzaya xəstəxana gəmisi göndərib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, məqsəd İsrail-Fələstin münaqişələri səbəbindən bölgədə fəlakətli həddə çatan yaralılara yardım etməkdir.

Fransa hökuməti bildirib ki, "Tonnerre" adlı xəstəxana gəmisi dünən yerli vaxtla saat 16:00-da Fransanın Tulon limanından Qəzzaya yola düşüb.

Məlumata görə, birinci mərhələdə gəmi xəstəxanalara tibbi dəstək verəcək, ikinci mərhələdə isə təcili yardım kimi fəaliyyət göstərəcək.

199 metr uzunluğundakı gəminin iki əməliyyat otağı, rentgen otağı və ən azı 69 çarpayılıq tutumu ilə xidmət göstərəcəyi gözlənilir.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}