Türkmənistan prezidenti Ankaraya gedib
Tarix: 26-10-2023 17:47 | Bölmə: Dünya
Türkmənistan prezidenti Ankaraya gedib

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Ankaraya gedib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovu Prezident Kompleksində rəsmi mərasimlə qarşılayıb.

Məlumata görə, təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında görüşlər və sazişlərin imzalanma mərasimi keçiriləcək.

İki lider daha sonra birgə mətbuat konfransı üçün kameralar qarşısına keçəcək.

Prezident Ərdoğan Berdiməhəmmədovun şərəfinə rəsmi nahar da verəcək.

E. ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}