İran ordusu iki günlük geniş hərbi təlimlərə başlayıb
Tarix: 27-10-2023 11:41 | Bölmə: Dünya
İran ordusu iki günlük geniş hərbi təlimlərə başlayıb

İran ordusu iki günlük geniş hərbi təlimlərə başlayıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi (İRNA) məlumat yayıb.

Bildirilib ki, İran Ordusu Quru Qoşunları İsfahan vilayətində iki günlük genişmiqyaslı hərbi təlimlərə start verib.

Məlumata görə, quru qoşunlarının “1402 Power” adlı təlimində raket, artilleriya, hava, piyada, zirehli, hava-desant, elektron hərbi və müasir döyüş bölmələri iştirak edir: "Bununla belə, 2 gün davam edəcək və İsfahanın Nəsrabad bölgəsində keçiriləcək genişmiqyaslı təlimə 200-dən çox nəqliyyat və hücum helikopteri və hava qüvvələrinə bağlı birliklər də dəstək verir. Təlimdə quru qoşunlarının mümkün təhlükələrə qarşı döyüş və müdafiə imkanları qiymətləndiriləcək".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}