20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Baş nazir Rusiya ilə bağlı casus qalmaqalından qurtula bilmir
Tarix: 27-10-2023 12:24 | Bölmə: Dünya
Baş nazir Rusiya ilə bağlı casus qalmaqalından qurtula bilmir

Sloveniyanın baş naziri Robert Qolob ötən ilin noyabrında Rusiya casuslarının həbsi ilə bağlı yaranmış qalmaqalın mərkəzindədir. Buna səbəb baş nazirin casusların saxlanma tarixini gecikdirməkdə ittiham olunmasıdır.

Reyting.az
“Euractiv”ə istindla bildirir ki, ötən ilin noyabr ayında Sloveniyada iki rus casusunun həbsi o zaman kəşfiyyat xidmətlərinin uğuru kimi qiymətləndirilsə də, indi baş nazir Robert Qoloba qarşı ciddi ittihamların mövzusuna çevrilib.

Qolob casusluqda şübhəli bilinən şəxslərin həbs olacağı günə müdaxilədə ittiham olunur, çünki ilkin həbs tarixi böyük bir referendumun ertəsi günü olmalı idi və o, bunun hökumətin uğurlarına kölgə salmasını istəmədiyini bildirib.

Qeyd edək ki, baş nazirin polisə təzyiqlərinə görə istefa vermiş daxili işlər naziri Tatyana Bobnar da bunu təsdiqləyib. Amma Qolob bu iddianı rədd edib.

Baş nazirin dediklərini və iddiasını Milli Kəşfiyyat və Təhlükəsizlik Xidməti də dəstəkləyib. Xidmət fəaliyyətini xüsusi polis bölməsi ilə birlikdə planlaşdırdığını, agentliyin direktoru tərəfindən təklif edilən mümkün həbs tarixləri ilə əməliyyat və taktiki mülahizələrə əsaslandığını deyib.

İddialar indi kəşfiyyat və təhlükəsizlik xidmətlərinə nəzarət edən parlament komissiyası tərəfindən araşdırılır. Komissiya sədri onlardakı məlumatların ziddiyyətli olduğunu deyib və əlavə araşdırmaya ehtiyac duyulduğunu bildirib.

Xatırladaq ki, mart ayında Sloveniya hakimiyyəti iki uşağı ilə Argentinadan bu ölkəyə köçən cütlüyü saxlayıb. Lakin məlum olub ki, psevdoargentinalılar əslində Rusiya Xarici Kəşfiyyat Xidmətinin casuslarıdır. Bu casusların “yatmış agent” proqramı ilə göndərildiyi qeyd olunur. Yəqin ki, onların vəzifəsi bütün Avropa boyu digər rus agentlərinin və məlumat verənlərin xidmətlərini ödəmək idi və özünün güclü əks-kəşfiyyatı olmayan Sloveniya sadəcə olaraq casuslar üçün arxa baza olub, çünki buradan bütün Avropa İttifaqında işləmək rahatdır.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər