16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
ABŞ HƏMAS və SEPAH üzvlərinə sanksiyalar tətbiq edib
Tarix: 27-10-2023 16:47 | Bölmə: Dünya
ABŞ HƏMAS və SEPAH üzvlərinə sanksiyalar tətbiq edib

ABŞ oktyabrın 7-də fələstinli silahlıların İsrailə hücumu ilə əlaqədar Fələstinin HƏMAS hərəkatının üzvlərinə və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK - İran silahlı qüvvələrinin elit bölmələri) qarşı yeni sanksiyalar tətbiq edib.

Reyting.az
-ın xəbərinə görə, ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, bu gün Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) HƏMAS-la əlaqəli əsas məmurlara və maliyyə şəbəkələrinə qarşı sanksiyaların ikinci mərhələsini həyata keçirib.

Məhdudiyyətlərə İrandakı HƏMAS nümayəndəsi, SEPAH-ın bəzi üzvləri, həmçinin “Qəzza zolağında İranın qeyri-qanuni vəsaitlərinin HƏMAS və “İslami Cihad” qruplaşmasına ötürülməsi üçün kanal rolunu oynadığı” iddia edilən təşkilat daxildir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib