20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Qəzzada 34 sağlamlıq mərkəzi zədələnib, 16 tibb işçisi həlak olub
Tarix: 27-10-2023 17:03 | Bölmə: Dünya
Qəzzada 34 sağlamlıq mərkəzi zədələnib, 16 tibb işçisi həlak olub

Oktyabrın 7-dən bəri Qəzzada səhiyyə işçilərinə 75-ə yaxın hücum edilib, 16 tibb işçisi ölüb, 30-u yaralanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin ərazisindəki nümayəndəsi Riçard Peperkorn Cenevrədə keçirdiyi brifinqdə bildirib.

ÜST nümayəndəsi deyib ki, oktyabrın 7-dən bəri Qəzzada səhiyyəyə 75 hücum qeydə alınıb. Ümumilikdə 16 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, 30-u yaralanıb, 24 təcili tibbi yardım maşını və 34 tibb müəssisəsi sıradan çıxarılıb.

Peperkorn əlavə edib ki, 35 xəstəxanadan 23-ü hələ də qismən işləyir, lakin kritik funksiyalar risk altındadır. Onun sözlərinə görə, Qəzzanın cənubunda cərrahiyyə qabiliyyətinə malik cəmi səkkiz xəstəxana qalıb və onların hamısı qismən fəaliyyət göstərir.

“Gündəlik 94 min litr yanacaq tələb olunur. Bu, 12 böyük xəstəxanada kritik funksiyaları saxlamaq üçün minimum tələbdir”, - deyə ÜST nümayəndəsi vurğulayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər