20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Son bir neçə gündə İslandiyada 5000-dən çox zəlzələ qeydə alınıb
Tarix: 28-10-2023 11:18 | Bölmə: Dünya
Son bir neçə gündə İslandiyada 5000-dən çox zəlzələ qeydə alınıb

Son günlər İslandiyanın cənub-qərbində minlərlə kiçik zəlzələ qeydə alınıb ki, bu da ərazidə yeni vulkan püskürməsinin yaxınlaşmasından xəbər verə bilər.

Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, bu barədə İslandiyanın meteorologiya agentliyi (IMO) məlumat yayıb.

Cümə gününə olan məlumata görə, əvvəlki üç gün ərzində Reykjanes yarımadasında 5500-dən çox kiçik təkan və bir neçə əhəmiyyətli zəlzələ qeydə alınıb.

IMO bildirir ki, bu, yeni vulkan püskürməsinin yaxınlaşmasından xəbər verir.

Məlumata görə, zəlzələlər təxminən 5 km dərinlikdə qeydə alınır və hazırda səthə qalxan maqmanın uzun müddət yığılması nəticəsində baş verir. Lakin püskürmənin dəqiq yerini və vaxtını proqnozlaşdırmaq çətindir - bu, növbəti 12 ay ərzində baş verə bilər.

Xatırladaq ki, bu ilin əvvəlində İslandiyanın cənubunda kiçik Litli-Hrútur (“Kiçik Quzu”) vulkanı, 2021-ci ilin yazında isə həmin ərazidə Faqradalsfyal vulkanı püskürüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər