Putinin ölümü ilə bağlı məlumatlar nəyə hesablanıb?
Tarix: 28-10-2023 16:27 | Bölmə: Dünya
Putinin ölümü ilə bağlı məlumatlar nəyə hesablanıb?

Rusiya prezidenti Vladimir Putinin vəfat etməsi barədə yayılan məlumatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov şərh edib.

Reyting.az
xəbərinə görə, Ukrayna rəsmisi hesab edir ki, Rusiya Federasiyası liderinin “ölümü” ilə bağlı məlumatların yayılması seçki kampaniyası ilə bağlıdır və Kremlin xüsusi əməliyyatıdır.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi telemarafonda deyib ki, bu yolla Putinə diqqət çəkməyə çalışırlar: “İndi isə bu şəkildə inkişaf etdirdikləri texnologiyalara əsaslanaraq, ona diqqət yetirirlər, Məsih dirildiyi kimi, Putin də yenidən ayağa qalxmalı və bütün Rusiya üzrə turneyə başlamalıdır”.

Danilov vurğulayıb ki, bu “texnologiyalar” başa düşüləndir.

Xatırladaq ki, Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi nəzərdə tutulub. Putinin komandasının aparıcı üzvləri açıq deyirlər ki, Rusiyanın hazırki lideri böyük fərqlə qalib gələcək.

Qeyd edək ki, Putin 20 ildən artıqdır Rusiyanı idarə edir. 71 yaşlı V. Putinin xəstə olması haqqında uzun illərdir iddilar səsləndirilir. Ukrayna kəşfiyyatı Rusiya liderinin həm fiziki, həm də ruhi xəstə olduğunu iddia edir.

Onu da qeyd edək ki, oktyabrın 22-də axşam Putinin iqamətgahlarından birində “ürəyinin dayanması”, lakin onun həkimlər tərəfindən həyata qaytarıldığı barədə məlumat yayılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}