ABŞ Suriyaya əlavə qüvvə göndərir
Tarix: 01-11-2023 00:25 | Bölmə: Dünya
ABŞ Suriyaya əlavə qüvvə göndərir

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Amerika bazası yenidən raket atəşinə tutulub və dörd partlayış səsi eşidilib.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, yaxın kəndlərdə və ərazilərdə partlayış səsləri eşidilib.

Mənbə qeyd edib ki, Amerika helikopterləri və dronları partlayışlardan dərhal sonra havaya qalxıblar.

“Əl-Cəzirə” xəbər verir ki, Pentaqonun sözçüsü Patrick Rayder hücumlara görə İranın "dəstəklədiyi" qüvvələri ittiham edib.

Rayder həmçinin bildirib ki, ABŞ Yaxın Şərqə daha 300 əsgər göndərir.

Onu da qeyd edək ki, oktyabrın 17-dən bəri ABŞ ordusu İraq və Suriyada 27 hücuma məruz qalıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}