20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ Rusiyanın planını ifşa edib
Tarix: 02-11-2023 11:30 | Bölmə: Dünya
ABŞ Rusiyanın planını ifşa edib

ABŞ-da qanunsuz olaraq elektron komponentləri alıb Rusiyaya göndərən 3 nəfər tutulub. Məlumata görə, alınan malların bir qismi Rusiya ordusu tərəfindən Ukraynaya qarşı müharibədə istifadə olunurmuş.

Reyting.az
ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, saxlanılanlar Nikol Qoltsev, Salimjon Nəsriddinov və Kristina Puzırevadır.

Saxlanılanlardan biri Bruklin sakinidir. Digərlərinin isə Rusiya Federasiyası və Kanada vətəndaşlığı var. Onlar Rusiyaya yarımkeçiricilər, inteqral sxemlər və digər ikili təyinatlı elektron komponentlər ixrac ediblər.

“Bir il ərzində bu cinayət təşkilat Rusiyaya təxminən 7 milyon dollar dəyərində 300-dən çox qeyri-qanuni mal göndərməklə ABŞ-ın sanksiyalarından və qanunlarından yayınıblar”, - Nyu-Yorkda Milli Təhlükəsizlik Təhqiqatları üzrə xüsusi agent İvan J bildirib.

İddialara görə, təqsirləndirilən şəxslər bu sxemi həyata keçirmək üçün Bruklində qeydiyyatdan keçmiş iki qurumdan, “SH Brothers Inc.” və “SN Electronics Inc”-dən istifadə ediblər. Bu təşkilatlar qeyri-qanuni olaraq ABŞ istehsalçılarından milyonlarla dollar dəyərində ikili təyinatlı elektronika alıb və Rusiyada sanksiya tətbiq edilən son istifadəçilərə göndəriblər. “SH Brothers” vasitəsilə göndərilən bəzi elektron komponentlər və inteqral sxemlər Ukraynanın əlinə keçən Rusiya avadanlıqlarında tapılıb.

Xatırladaq ki, sentyabr ayının əvvəlində Kiprdə Amerika elektronikasını Rusiya Federasiyasına qaçaqmalçılıq yolu ilə keçirməkdə şübhəli bilinən daha bir rusiyalı həbs olunub.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər