20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
General: “Mövqe döyüşləri Putinə sərfəlidir, Ukrayna dövlətçiliyi üçün risk daşıyır”
Tarix: 02-11-2023 13:00 | Bölmə: Dünya
General: “Mövqe döyüşləri Putinə sərfəlidir, Ukrayna dövlətçiliyi üçün risk daşıyır”

“Rusiya və Ukrayna arasında münaqişə statik və sarsıdıcı döyüşlərlə mövqe savaşının yeni mərhələsinə keçir. Mövqe savaşı Rusiya üçün sərfəlidir və ona gücünü bərpa etmək imkanı verəcək ki, bu da son nəticədə təkcə Ukrayna Silahlı Qüvvələrinə deyil, həm də bir dövlət kimi Ukraynaya təhlükə yaradır. Qalib gəlmək üçün isə Ukraynaya hərbi imkanlar və texnologiyalar lazımdır”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Komandanı, general Valeri Zalujnı Britaniyanın “The Economist” nəşrindəki məqaləsində qeyd edib.

V. Zalujnı hesab edir ki, Ukraynanın səngər müharibəsi tələsindən çıxmaq üçün hava üstünlüyü, əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş elektron və batareyaya qarşı döyüş imkanları, minalardan təmizləmə texnologiyaları, səfərbərlik və təlim keçirmək bacarığı lazımdır.

“Rusiyanı qiymətləndirməmək lazım deyil. Ağır itki verdi və çoxlu sursat itirdi. Amma uzun müddət silah, texnika, raket və sursat baxımından üstünlüyü olacaq. Onun müdafiə sənayesi misli görünməmiş sanksiyalara baxmayaraq istehsalı artırır. Xəndək savaşı Ukrayna Silahlı Qüvvələri və dövləti üçün böyük risklər daşıyan uzunmüddətli müharibədir. Yeni, innovativ yanaşmalar bu mövqe savaşını yenidən manevr müharibəsinə çevirə bilər”,- deyə Zalujni qeyd edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər