Rusiya və Özbəkistana məhdudiyyətlər tətbiq olunub
Tarix: 02-11-2023 17:31 | Bölmə: Dünya
Rusiya və Özbəkistana məhdudiyyətlər tətbiq olunub

ABŞ Ticarət Nazirliyi Rusiya Federasiyasında 12, Özbəkistanda isə bir struktura ixrac məhdudiyyəti tətbiq edib.

Reyting.az
xəbər verir ki, bu barədə Amerika hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdəki bildirişdə deyilir.

Mesajdan belə anlaşılır ki, ABŞ Ticarət Nazirliyinin bir hissəsi olan Sənaye və Təhlükəsizlik İşləri Bürosu “qara siyahıya 13 strukturu daxil edir”. Onlardan 12-si Rusiya Federasiyasında, 1-i Özbəkistandadır. İddialara görə, onlar xüsusilə Rusiya hərbi-sənaye kompleksinə, o cümlədən pilotsuz təyyarələrin alınması və inkişafı yolu ilə yardım göstərirlər.

Məhdudiyyətlər tətbiq edilən strukturlar ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd hərəkətlərdə ittiham olunurlar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}