20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Çin Filippinin ərazisini işğal edib - Qarşıdurma
Tarix: 03-11-2023 10:38 | Bölmə: Dünya
Çin Filippinin ərazisini işğal edib

Filippin Xarici İşlər Nazirliyi Çin Xalq Respublikasını onun sularına müdaxilədə ittiham edib. Məlumata görə, bu, hər iki ölkənin hərbi gəmilərinin iştirakı ilə baş verən insidentdən sonra qeydə alınıb.

Reyting.az
bildirir ki, Çinin iddiasına görə, Scarborough Şoal yaxınlığındakı sulara Filippinin hərbi gəmisi qeyri-qanuni daxil olub.

Filippin Xarici İşlər Nazirliyi bu ittihamın heç bir hüquqi əsasının olmadığını, lakin gərginliyi artırmaq üçün Çinə lazım olduğunu vurğulayıb.

Xatırladaq ki, Scarborough Şoal hər iki ölkənin iddia etdiyi ərazi olsa da, 2012-ci ildən sonra faktiki olaraq Pekinin nəzarətindədir.



Filippin Xarici İşlər Nazirliyi qeyd edir ki, “Bajo de Masinloc” adlandırdığı Şoal Filippinin müstəsna iqtisadi zonası daxilindədir və ölkənin onun üzərində suveren hüquqları və yurisdiksiyası var.

Filippin sahillərindən 200 km aralıda yerləşən ərazi artıq Manilanın beynəlxalq tribunalda qaldırdığı arbitraj iddiasının bir hissəsidir. Məhkəmə 2016-cı ildə Pekinin Cənubi Çin dənizinin 90 faizinə dair iddialarının beynəlxalq hüquqa uyğun olmadığı barədə qərar çıxarsa da, Çin bu qərarı tanımaqdan imtina edir. Çinin hərəkətləri səbəbindən bu bölgədə daim gərginlik hökm sürür.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər