20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ukrayna 4 ay ərzində Kıma daxil olmalı idi, amma...
Tarix: 03-11-2023 10:54 | Bölmə: Dünya
Ukrayna 4 ay ərzində Kıma daxil olmalı idi, amma...

ABŞ-da Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnının “The Economist” üçün yazdığı yeni məqaləni şərh ediblər.

Reyting.az
xəbər verir ki, Ağ evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbinin sözlərinə görə, bu, Ukraynaya gələcək dəstəyin təcili ehtiyacını təsdiqləyən mühüm arqumentlərdən biridir.

“Düşünürəm ki, bu, Ukraynanı dəstəkləməyə davam etməyimizin nə qədər vacib olduğunu göstərir”, - deyə o, mətbuat konfransında bildirib.

C. Kirbi vurğulayıb ki, müharibə zamanı tərəflərin ehtiyacları dəyişir. Bu, tərəfdaşların Ukraynaya verdiyi silahlara da aiddir.

Eyni zamanda Kirbi vurğulayıb ki, Konqres prezident Co Baydenin əlavə maliyyə, o cümlədən Ukraynaya kömək üçün pul tələbini təsdiqləsə, Ukraynanın ehtiyaclarını ödəmək son dərəcə asan olacaq.

Qeyd edək ki, nüfuzlu “The Economist” nəşri üçün məqaləsində Valeri Zalujnı yazıb ki, Ukraynada müharibə yeni mərhələyə keçir və bu vəziyyət rus işğalçıları üçün münasibdir. Onun sözlərinə görə, bu cür müharibədən çıxmaq üçün Ukrayna qoşunlarına hərbi imkanlar və texnologiya lazımdır.

Bundan əlavə, Zalujnı qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri 4 ay ərzində Krıma daxil olmalı idi. Amma ukraynalı müdafiəçilər ərazinin görünməmiş minalanması ilə üzləşiblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər