20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Zelenski: “Rusiyanın kütləvi hücumuna güclü cavab olacaq”
Tarix: 03-11-2023 13:10 | Bölmə: Dünya
Zelenski: “Rusiyanın kütləvi hücumuna güclü cavab olacaq”

Noyabrın 3-nə keçən gecə Rusiya qoşunları “Şahed” tipli PUA-lardan istifadə edərək Ukraynaya kütləvi hücuma keçiblər. Ümumilikdə 40-a yaxın kamikadze pilotsuz uçuş aparatı buraxılıb.

Reyting.az
xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski düşmənə güclü cavab vəd edib. O, hava hücumundan müdafiə qüvvələrinin və mobil atəş qruplarının gücləndiriləcəyini bildirib.

“Həmin gecə qırxa yaxın “Şahed” dronları uçurulub, onların yarıdan çoxu məhv edilib. Aviasiyamız, zenitçilərimiz, mobil atəş qruplarımız - hamısına təşəkkürlər. Səma müdafiəçiləri on rayonun ərazisində səmərəli fəaliyyət göstərib - Xarkov, Zaporojye, Xerson, Nikolayev, Odessa... Biz başa düşürük ki, qış yaxınlaşdıqca rus terrorçuları daha çox zərər vurmağa çalışacaqlar. Biz düşmənə güclü cavab verəcəyik”, - deyə Ukrayna prezidenti əlavə edib.

Prezident Aparatının rəhbəri Andriy Yermak isə bildirib ki, Ukraynanı səma və dəniz uğrunda döyüş gözləyir: “Bizi səma uğrunda döyüş gözləyir. Və bu döyüş infrastrukturumuz üçün, terrorçu ölkəyə qarşı olacaq. Eyni zamanda, dəniz və ədalət uğrunda döyüşlər davam edir. Krımda Qara dəniz donanması olmayacaq. Krım Ukraynadır!”.

Qeyd edək ki, bu gecə rus ordusu “Şahed-136/131” dronları və bir X-59 idarə olunan raketlə Ukraynaya hücum edib. Dronlar Rusiya Federasiyasının Kursk vilayətindən və Primorsko-Axtarsk bölgəsindən buraxılıb, raket isə işğal olunmuş Xerson vilayətinin hava məkanından buraxılıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin qüvvə və vasitələri 24 hücum PUA-sını və bir idarəolunan təyyarəni məhv etməyə müvəffəq olub. Dronların əhəmiyyətli hissəsi Lvov üzərində vurulub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, burada 16 dronun hücumu müşahidə edilib. Hücum nəticəsində Lvov vilayətində mühüm infrastruktur obyekti vurulub. Odessa vilayətində infrastruktur obyektinin texniki ərazisində də zərbə var. İvano-Frankovsk vilayətində düşmən hərbi obyektə hücum edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər