Müdafiə naziri: “HƏMAS-ın planlarını 180 dərəcə dəyişdik”
Tarix: 03-11-2023 13:29 | Bölmə: Dünya
Müdafiə naziri: “HƏMAS-ın planlarını 180 dərəcə dəyişdik”

“HƏMAS-ın planlarını 180 dərəcə dəyişdik”.

Bunu İsrailin müdafiə naziri Yaov Qallant “X” hesabında yazıb.

O bildirib ki, HƏMAS bütün yaşayış məntəqələrini məhv etmək istəyirdi: “Amma biz Qəzza zolağında yüzlərlə terror bazasını məhv etdik. Düşməni sıxışdırmaq və HƏMAS terrorçularının gətirdiyi çoxlu silahları məhv etməkdə qətiyyətliyik”.

Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}