Ərdoğan Tokayevlə qapalı müzakirə aparıb
Tarix: 03-11-2023 14:56 | Bölmə: Dünya
Ərdoğan Tokayevlə qapalı müzakirə aparıb

Prezident Rəcəb Tayyib Ərdoğan Astanada Qazaxıstan prezidenti Kasım-Comert Tokayevlə görüşüb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 10-cu Zirvə Toplantısı üçün Qazaxıstanın paytaxtı Astanada səfərdə olan prezident Ərdoğan zirvə toplantısının keçirildiyi Akorda sarayında Qazaxıstan prezidenti Tokayevlə qapalı görüş keçirib.

Məlumata görə, görüşdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun da iştirak ediblər.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}