Ermənistan parlamentinin deputatı mandatından imtina edib
Tarix: 03-11-2023 16:02 | Bölmə: Dünya
Ermənistan parlamentinin deputatı mandatından imtina edib

Ermənistan parlamentinin “Hayastan” adlı müxalifətdə olan fraksiyasının üzvü Gerasim Vardanyan deputat mandatından imtina etdiyini bildirib.

O, bu barədə feysbuk səhifəsində yazıb.

“Mərkəzi Seçki Komissiyasına noyabrın 2-də deputat mandatından imtina etdiyimə dair ərizə verdiyimi bildirmək istərdim”, - Gerasim Vardanyan vurğulayıb.

Deputat Daşnaksütyun Partiyasının üzvüdür və mənsub olduğu siyasi təşkilatın rəhbərliyinin onun qərarını anlaşma ilə qarşıladığını söyləyib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}