20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
HƏMAS Qəzzadakı qırğınlara görə ABŞ-ı ittiham edir
Tarix: 04-11-2023 12:40 | Bölmə: Dünya
HƏMAS Qəzzadakı qırğınlara görə ABŞ-ı ittiham edir

Fələstinin HƏMAS Hərəkatı İsrail ordusu tərəfindən Qəzza zolağında həyata keçirilən bir sıra qırğınlara görə tam məsuliyyətin ABŞ hakimiyyətinin, o cümlədən prezident Co Baydenin üzərində olduğunu bildirir.

Reyting.az
xəbər verir ki, “Al Mayadeen” telekanalı HƏMAS nümayəndəsinin sözlərindən sitat gətirib.

HƏMAS nümayəndəsi bildirib ki, ABŞ administrasiyası və prezident Bayden Qəzza zolağındakı silsilə qırğınlara görə tam məsuliyyət daşıyır. “Əgər Birləşmiş Ştatlar soyqırım müharibəsini davam etdirmək üçün işğalçılara yaşıl işıq yandırmasaydı, qırğınlar baş verməzdi”, - deyə HƏMAS nümayəndəsi əlavə edib.

Qeyd edək ki, Cümə günü səhər saatlarında İsrail Qəzza zolağında Əl-Şifa mərkəzi xəstəxanasına bitişik əraziyə zərbələr endirib. Nəticədə daha 15 nəfər həlak olub, onlarla insan yaralanıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər