16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
İsrail ordusu Qəzzadakı məktəbə zərbələr endirib
Tarix: 04-11-2023 13:03 | Bölmə: Dünya
İsrail ordusu Qəzzadakı məktəbə zərbələr endirib

İsrailin döyüş təyyarələri Qəzza zolağının şimalında yüzlərlə fələstinli məcburi köçkünün məskunlaşdığı məktəbə hücum edib.

Reyting.az
“Əl-Cəzirə” telekanalına istinadla bildirir ki, İsrail Hərbi Hava Qüvvələri Cebaliya fələstinli qaçqın düşərgəsindəki Əl-Faxur məktəbini bombalayıb. Hücum nəticəsində ölənlərin dəqiq sayı barədə hələlik məlumat verilmir.

İsrail qüvvələri məktəbə basqınla eyni vaxtda Fələstin anklavının inzibati mərkəzi olan Qəzza şəhərindəki Ən-Nəsr xəstəxanasına bitişik əraziyə də hücum edib, ölən və yaralılar var.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib