Türkiyənin Avropa Birliyinə inamı sarsılıb
Tarix: 04-11-2023 15:15 | Bölmə: Dünya
Türkiyənin Avropa Birliyinə inamı sarsılıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını (Aİ) ardıcıl olmayan hərəkətlərinə görə tənqid edib.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla bildirir ki, Qazaxıstandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən Ərdoğan, Aİ-nin son vaxtlar “çox qəribə və qeyri-sabit rol” oynadığını deyib. “Diqqət yetirin, indi kim İsrailin tərəfindədir və kimlər Rusiya-Ukrayna münaqişəsində diplomatik proseslərdən kənardadır? Avropa Birliyi”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Aİ ədalətli yanaşma təklif etməyib və təklif edə də bilməz. "Təəssüf ki, bizim Avropa İttifaqına inamımız sarsıldı", - Türkiyə prezidenti yekunlaşdırıb.

Oktyabrda Ərdoğan bildirmişdi ki, Ankara respublikanın assosiasiyaya qoşulma ehtimalı ilə bağlı Avropa İttifaqından heç nə gözləmir. Türkiyə prezidentinin sözlərinə görə, Aİ 60 ilə yaxındır ki, ölkəsini bu məsələ ilə bağlı cavab gözləməyə məcbur edib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahu ilə əlaqəni kəsdiyini bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}