20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiya XİN: “Ermənistan bizim kompromis həll yollarımıza məhəl qoymadı”
Tarix: 04-11-2023 15:49 | Bölmə: Dünya
Rusiya XİN: “Ermənistan bizim kompromis həll yollarımıza məhəl qoymadı”

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (RS ICC) Roma Statutunu ratifikasiya etməzdən əvvəl Moskva ondan yan keçmək üçün İrəvana təklif göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti informasiya sorğusuna cavab olaraq bildirib.

Sorğu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşayanın bəyanatına aiddir. Onun sözlərinə görə, İrəvan Roma Statutunun ratifikasiyasından bir neçə ay əvvəl Moskvaya nizamnamənin tələblərindən yan keçmək imkanı verən saziş imzalamağı təklif edib, lakin guya heç vaxt cavab almayıblar. “Bu, doğru deyil”, - Rusiya XİN vurğulayıb.

Qeyd olunur ki, ikitərəfli məsləhətləşmələr zamanı Rusiya tərəfi Roma Nizamnaməsini ratifikasiya etmədən BCM-nin mexanizmlərindən istifadə yolu tutmaq üçün təkliflər irəli sürüb. “Təəssüf ki, bizim kompromis həll yollarımıza məhəl qoyulmadı”, - Rusiya XİN bildirib.

Xarici İşlər Nazirliyi həmçinin İrəvanın “sırf siyasi səbəblərə görə” Roma Statutunu ratifikasiya etmək qərarına gəlməsindən şikayətlənib. “Əgər İrəvan öz əlləri ilə yaratdığı problemlərin həllində maraqlıdırsa, o zaman, fikrimizcə, Ermənistanın hüquq sistemi çərçivəsində bunun üçün imkanlar var”, - deyə XİN əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər