20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ-dan qaçan oğru ermənini Rusiya da axtarır
Tarix: 04-11-2023 16:42 | Bölmə: Dünya
ABŞ-dan qaçan oğru ermənini Rusiya da axtarır

Rusiya Daxili İşlər Nazirliyi “Robson” kimi tanınan rusiyalı iş adamı Ruben Tatulyanı axtarışa verib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Buna səbəb Tatulyanın Kubanda ən böyük mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri olması və yerli inşaatçıların köməyi ilə Soçidə yaşayış binaları və ticarət mərkəzlərinin tikintisi zamanı fırıldaqçılıq sxemləri törətməkdə iştirak etməsi ola bilər. İndi təhlükəsizlik qüvvələri sahibkarın yerini müəyyənləşdirir. Çox güman ki, Tatulyan hazırda xaricdədir. Onun 2022-ci ildə Abxaziyada aldığı diplomatik pasportu var.

Xatırladaq ki, sentyabr ayında Ruben Tatulyan və onun həmkarı Andronik Mumdjyan oğurluq işi ilə bağlı axtarışa verilib. Həmin vaxt hər iki şəxs artıq Rusiyada deyildilər. 2017-ci ildə Tatulyan ABŞ Xəzinədarlığı tərəfindən “Qanuni oğru”larla mübarizə təşkilatı çərçivəsində sanksiya siyahısına daxil edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər