HƏMAS liderinin evi bombalanıb
Tarix: 05-11-2023 12:01 | Bölmə: Dünya
HƏMAS liderinin evi bombalanıb

HƏMAS lideri İsmayıl Haniyənin Qəzzadakı evinin bombalandığı açıqlanıb.

Reyting.az
-ın xəbərinə görə, HƏMAS-ın media orqanı Məscidül-Əqsa Radiosu bildirib ki, İsrail PUA-ları (silahlı pilotsuz uçuş aparatı) İsmayıl Haniyənin evini vurub.

Açıqlamada Haniyənin həmin vaxt evdə olmadığı vurğulanıb.

2019-cu ildən Türkiyə və Qətərdə yaşayan Haniyənin ailə üzvlərinin hücum zamanı evdə olub-olmaması ilə bağlı açıqlama verilməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}