ABŞ-ın hərbi bazalarına yeni hücumlar başlayıb
Tarix: 06-11-2023 12:51 | Bölmə: Dünya
ABŞ-ın hərbi bazalarına yeni hücumlar başlayıb

ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına pilotsuz təyyarələrlə növbəti dəfə hücumlar olub. Hücumlar İraq və Suriyada ABŞ hərbçilərinin olduğu üç hərbi bazaya qarşı həyata keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Əl Meydan” telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, İraqın Ənbar əyalətində yerləşən Ayn əl-Əsəd bazası pilotsuz təyyarələrin köməyi ilə azı iki dəfə hücuma məruz qalıb.

Pilotsuz təyyarədən istifadə etməklə növbəti hücum ABŞ və Qərb koalisiyasının Suriyadakı hərbi obyektinə edilib. Bu hücumların arxasında kimin ola biləcəyi barədə məlumat verilmir.

Bundan əlavə, telekanalın mənbələrinə görə, İraq İslam Müqavimətinə aid silahlı şiə birləşmələri İraq Kürdüstanının (İraqın şimalındakı muxtar bölgə) Ərbil şəhərinin inzibati mərkəzinin şimalında yerləşən bazanı da atəşə tutub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}