20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Putin qərar verməyə tələsmir
Tarix: 06-11-2023 18:07 | Bölmə: Dünya
Putin qərar verməyə tələsmir

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı hələlik açıqlama verməyib.

Reyting.az
-ın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə “Reuters” agentliyinin yazdıqlarına münasibət bildirərkən deyib.

Qeyd edək ki, agentlik öz mənbələrinə istinadla yazıb ki, Putin 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəlib.

"Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Və kampaniyanın özü də hələ rəsmi olaraq elan edilməyib", - deyə Kreml sözçüsü TASS-a bildirib.

Qeyd edək ki, Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi planlaşdırılır. Federasiya Şurası 2023-cü ilin dekabrında seçkilərin tarixi ilə bağlı rəsmi qərar qəbul edəcək, bundan sonra siyasi partiyalar seçkiqabağı qurultaylarını keçirməli və namizədlərini rəsmən irəli sürməlidirlər. Putinin yeni prezidentlik müddətinə namizədliyini irəli sürmək hüququ var, lakin hələlik o, bu məsələ ilə bağlı qərarı barədə danışmayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər