20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Yeni baş nazir Ukrayna ilə bağlı mövqeyini dəyişir
Tarix: 06-11-2023 20:42 | Bölmə: Dünya
Yeni baş nazir Ukrayna ilə bağlı mövqeyini dəyişir

Bu yaxınlarda dördüncü dəfə müvafiq vəzifəyə seçilən Slovakiyanın baş naziri Robert Fiko Ukraynaya silah verilməsi ilə bağlı sərt bəyanatlarından tədricən geri çəkilir.

Reyting.az
-ın xəbərinə görə, o, əvvəllər qəti şəkildə bəyan etmişdi ki, hökuməti Kiyevə müvafiq təchizatla bağlı kömək etmək niyyətində deyil. Amma bazar ertəsi məmur fikrini dəyişib və ölkənin özəl biznesin işinə müdaxilə edə bilməyəcəyini söyləyib.

Baş nazir əlavə edib ki, Ukrayna şirkətlərlə özəl müqavilələr bağlayaraq Slovakiyadan silah ala biləcək: “Bir şirkət silah istehsal edib harasa göndərmək istəsə, heç kim buna müdaxilə etməyəcək”.

O, həmçinin bildirib ki, Slovakiya öz silah ehtiyatlarının doldurulması üçün prioritet sahələri müəyyən etmək üçün anbarlardakı silah ehtiyatlarının inventarını aparacaq. Həmçinin prioritetləri sırasında o, NATO ölkəsi kimi Slovakiyanın hava hücumundan müdafiəsini gücləndirməyi qeyd edib.

Qeyd edək ki, Slovakiyanın əvvəlki hökuməti Ukraynanın güclü tərəfdarı idi və ona hərbi texnika ilə kömək edirdi. Xüsusilə, Kiyev Slovakiyadan döyüş maşınları, həmçinin S-300 hava hücumundan müdafiə sistemləri və MiQ-29 təyyarələri alıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər