20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Baş Qərargah rəisinin köməkçisi evində partladılıb
Tarix: 07-11-2023 09:40 | Bölmə: Dünya
Baş Qərargah rəisinin köməkçisi evində partladılıb

Kiyev vilayətində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Zalujnın köməkçisinin evində partlayış baş verib.

Reyting.az
xəbər verir ki, hadisə Çaiki kəndində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Maryana Reva bildirib ki, 39 yaşlı köməkçi ölüb.

Onun 13 yaşlı oğlu ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Hərbçinin həyat yoldaşı və qızının da evdə olduğu məlum olub. İlkin məlumata görə, onlar xəsarət almayıblar.

Ölən şəxs Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının köməkçisi vəzifəsində çalışmış Gennadi Çastyakovdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə baxış keçirərkən daha 5 ədəd bütöv qumbara aşkar ediblər.

“Espresso” nəşri yazır ki, şəxsə ad günü hədiyyələri ilə gəlib. “Onlardan biri açılan zaman partlayış baş verib. Bu, ehtimal ki, şüşə və eynək olan qutuda baş verib”, - məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı köməkçisi Gennadi Çastyakovun ölümünü təsdiqləyib. Zalujnı Telegram kanalında Çastyakovun ad günündə dünyasını dəyişdiyini bildirib.

“Ukrayna Silahlı Qüvvələri və şəxsən mənim üçün izaholunmaz ağrı və ağır itki. Bu gün, faciəvi şəraitdə, ad günündə köməkçim və yaxın dostum, mayor Gennadi Çastyakov dünyasını dəyişib”, - o yazıb.

Komandanın sözlərinə görə, hədiyyələrdən birində naməlum partlayıcı qurğu işə düşüb. O, əlavə edib ki, Çastyakov geridə xanımını və dörd uşağını qoyub.

Zalujnı həmçinin bildirib ki, genişmiqyaslı işğalın əvvəlindən köməkçisi onun üçün “etibarlı çiyin” olub və həyatını tamamilə Ukrayna Silahlı Qüvvələrinə və Rusiya təcavüzünə qarşı mübarizəyə həsr edib.

“Səbəb və şərait ibtidai istintaq zamanı müəyyən olunacaq”, - o bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər