20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Macarıstan Ukraynanın Avropa İttifaqına yolunu bağlayır
Tarix: 07-11-2023 18:35 | Bölmə: Dünya
Macarıstan Ukraynanın Avropa İttifaqına yolunu bağlayır

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması üçün danışıqlara mane olacaq, çünki macarların Ukrayna ərazilərində yaşaması dözülməz hala çatıb.

Reyting.az
xəbər verir ki, bunu Macarıstan baş nazirinin siyasi direktoru Balaş Orban “NOS teleradio” şirkətinə müsahibəsində bildirib.

B. Orban deyib ki, Ukraynaya münasibət “sərt dil” qanunu səbəbindən dəyişib: “Yeni qanunlar Ukraynadakı macarların həyatını dözülməz edib”.

B. Orbanın sözlərinə görə, Macarıstan əvvəllər Ukraynanın Avropa İttifaqına yaxınlaşmaq təşəbbüslərini alqışlasa da, indi Orban hökuməti ultimatum verir:

“Kiyev qanunvericiliyə dəyişiklik edənə qədər Macarıstan Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq üçün bütün cəhdləri əngəlləyəcək”.

Söhbət Ukraynadakı milli azlıqların məktəblərinin ukrayna dilinə keçməsindən gedir. Bu yaxınlarda müvafiq qanun qəbul edilib. Onun müddəalarına görə, hər bir milli azlığın (Ukraynada təkcə macarlar deyil) təhsilinin ən azı 70 faizi ukrayna dilində olmalıdır.

B. Orbanın qeyd etdiyi kimi, Macarıstan belə bir şərti qəbul edə bilməz: “Bu qanun mövcud olduğu müddətdə ukraynalılarla onların Avropa İttifaqına inteqrasiyası ilə bağlı heç bir müzakirə aparıla bilməz”.

Qeyd edək ki, Avropa Komissiyası Ukrayna hökumətinin Aİ-yə namizəd ölkə kimi daxil olmaq üzrə danışıqlara başlamaq üçün tələb olunan meyarları yerinə yetirməkdə nə dərəcədə irəliləyiş olduğunu qiymətləndirib. Aİ-nin daxili hesabatına görə, indi Kiyev 7 şərtdən 4-nün yerinə yetirilməsini tam təmin edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər