20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ Rusiya-Ukrayna danışıqlarının yalan olduğunu elan edib
Tarix: 08-11-2023 14:41 | Bölmə: Dünya
ABŞ Rusiya-Ukrayna danışıqlarının yalan olduğunu elan edib

ABŞ Dövlət Departamenti Rusiya ilə Ukrayna arasında hər hansı sülh danışıqlarından xəbərdar olmadığını bildirib və danışıqların Ukraynanın işi olduğunu bəyan edib.

Reyting.az
xəbər verir ki, belə bəyanatla ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel çıxış edib.

“İstənilən danışıqlar Ukraynanın işidir. Və dəfələrlə dediyimiz kimi: Ukraynasız Ukrayna ilə bağlı heç nə baş verməməlidir. Biz Ukrayna ilə sülh formulunun strukturundan kənar danışıqlarla bağlı hər hansı söhbətdən xəbərsizik”, - ABŞ rəsmisi deyib.

Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, Kremlin danışıqlarda və ya müharibəni bitirməkdə maraqlı olmadığı aydın olaraq qalır.

“Biz ukraynalı tərəfdaşlarımızı dəstəkləməyə sadiqik”, - deyə Dövlət Departamentinin sözçüsü əlavə edib.

Qeyd edək ki, bundan əvvəl media ABŞ və Avropa İttifaqı nümayəndələrinin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının aparılması imkanlarını müzakirə etməyə başladığı barədə məlumat yayıb. Bildirilib ki, Ukraynanın sülh danışıqları ilə bağlı daha aktiv və təcili müzakirələrə başlamasına çox güman ki, ilin sonuna qədər vaxt veriləcək. Eyni zamanda bu məlumatı şərh edən Ukrayna prezidenti Vladimir Zelenski əmin edib ki, Avropa İttifaqı, ABŞ və digər tərəfdaşların heç biri ona təzyiq etmir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər