ABŞ İrana mesaj göndərib
Tarix: 09-11-2023 18:13 | Bölmə: Dünya
ABŞ İrana mesaj göndərib

Birləşmiş Ştatlar İrana İsrail və HƏMAS arasında hərbi əməliyyatlar fonunda Yaxın Şərqdə münaqişəni gərginləşdirməyə çalışmadığını bildirmək üçün addımlar atıb.

Reyting.az
xəbər verir ki, bu barədə CNN yüksək rütbəli ABŞ hərbi rəsmisinə istinadla yazıb.

“İsrail və HƏMAS arasında davam edən münaqişə səbəbindən artan gərginlik fonunda biz İranla, İraqda, Livanda İrana bağlı qruplar və regional tərəfdaşlarımızla birbaşa əlaqə yaratmaq üçün əlavə addımlar atdıq. Biz aydınlaşdırmağa çalışırıq ki, hərbi əməliyyatlarımız İsrail və HƏMAS arasındakı münaqişəyə münasibətimizi dəyişməyə işarə etmir və bizim regionda münaqişəni qızışdırmaq niyyətimiz yoxdur”, - deyə telekanal ABŞ rəsmisinin sözlərindən sitat gətirir.

Bundan əvvəl Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin regionda davam edən atəşə məruz qalmasına cavab olaraq Suriyanın şərqində iranpərəst qrupların silah anbarına hücum etdiyini bildirmişdi.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}