20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ukraynadakı münaqişə Koreya ssenarisi üzrə həll oluna bilər
Tarix: 11-11-2023 09:15 | Bölmə: Dünya
Ukraynadakı münaqişə Koreya ssenarisi üzrə həll oluna bilər

Qərb hesab edir ki, Ukraynadakı münaqişə Koreya ssenarisi üzrə bu ölkədə NATO-nun hərbi bazalarının təşkili ilə həll oluna bilər.

Reyting.az
-ın məlumatına görə, jurnalist Enn Applebaum “The Atlantic”də yazıb ki, Qərb hazırkı cəbhə xəttində sərhədlərin dondurulmasını, Ukraynanın qalan hissəsinin isə Cənubi Koreya kimi Amerikanın təhlükəsizlik zəmanətləri və hətta ABŞ bazaları ilə qorunmasını istəyir.

Jurnalist qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının “The Economist” jurnalında cəbhədəki dalana dirənişlə bağlı məqaləsi Qərbdə atəşkəs zərurəti ilə bağlı müzakirələri təzələyib.

Noyabrın əvvəlində Valeri Zalujnı bildirib ki, Ukraynada münaqişə dalana dirənib və Ukrayna qoşunları sıçrayış əldə edə bilməyəcək. Ukrayna prezidenti Vladimir Zelenski bu qiymətləndirmə ilə razılaşmayaraq deyib ki, Kiyev xüsusilə münaqişənin başlanğıcında çox daha çətin şəraitdə olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər