20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Diversantlar Rusiya ərazisinə soxulmağa cəhd edib
Tarix: 11-11-2023 12:10 | Bölmə: Dünya
Diversantlar Rusiya ərazisinə soxulmağa cəhd edib

Beş nəfərdən ibarət Ukrayna təxribat-kəşfiyyat qrupu Rusiyanın Belqorod vilayəti ərazisinə soxulmaq istəyib.

Reyting.az
“Shot Telegram” kanalına istinadla bildirir ki, kəşfiyyat qrupunun Belqorod ərazisinə keçmək cəhdinin qarşısı alınıb.

Məlumata görə, noyabrın 11-də səhər saat 5:30 radələrində sərhədçilər diversantları Volokonovski rayonu ərazisində görüblər. 20 dəqiqəlik atışmadan sonra diversantların Rusiya ərazisinə daxil olmaq cəhdinin qarşısı alınıb və onlar geri çəkiliblər.

Telekanal bildirir ki, diversantlar arasında itkilər var.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər