20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Çin şirkətləri Rusiya ordusuna kömək edir - Xəbərdarlıq
Tarix: 11-11-2023 17:41 | Bölmə: Dünya
Çin şirkətləri Rusiya ordusuna kömək edir

ABŞ hökumətində Çin şirkətlərinin Qərbin sanksiyalarından yan keçərək Rusiya ordusunun texnika tədarükü ilə məşğul olduğuna dair sübutlar var.

Reyting.az
xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Çinin baş nazirinin müavini He Lifeng ilə iki günlük görüşdə bu məsələnin qaldırıldığını bildirib.

Nazir Rusiya hərbçiləri üçün texnikanın sanksiyalardan yayınaraq Moskvaya getməsindən narahatlığını ifadə edib. Yellen xəbərdarlıq edib ki, Rusiyanın hərbi səylərini dəstəkləyən istənilən şirkət sanksiyalarla üzləşə bilər.

“Şirkətlər Rusiyanın müdafiə sənayesi sektoruna maddi dəstək verməməlidir. Bunu etsələr, ciddi nəticələrlə üzləşəcəklər”, - Yellen deyib.

Maliyyə naziri əlavə edib ki, ABŞ hökuməti artıq Çin də daxil olmaqla, Rusiyaya avadanlıq almağa kömək edən bir sıra özəl firmalara, eləcə də bu səyləri asanlaşdıra biləcək bəzi maliyyə institutlarına qarşı sanksiyalar tətbiq edib. Yellen sözügedən Çin firmalarının özəl olduğunu vurğulayıb və bunun Çin hökumətinin məlumatı ilə baş verdiyini bilmədiyini deyib.

Qeyd edək ki, müharibə başlayandan bəri Çin Rusiya şirkətlərinə, o cümlədən raket buraxılış qurğuları, zirehli maşınlar və strateji bombardmançı təyyarələr istehsal edən sanksiyalara məruz qalmış şirkətlərə minlərlə tədarük həyata keçirib.

2023-cü ilin martında Çin şirkətlərinin Rusiyaya tüfəng və zireh tədarük etdiyi də bildirilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər