İsrail daha 50 fələstinlini həbs edib
Tarix: 13-11-2023 12:36 | Bölmə: Dünya
İsrail daha 50 fələstinlini həbs edib

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində daha 50 fələstinlini həbs edib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinli Əsir və Məhbuslar Dərnəyi məlumat yayıb.

Məlumata görə, son sutkada İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi əməliyyatla 50 fələstinlini saxlayıb:

«İsrail qüvvələri İordan çayının qərb sahili və Şərqi Qüdsdə okrtaybrın 7-dən bu yana əməliyyatları dayanmadan davam etdirirlər. Ötən gecə Hebron, Qüds, Ramallah, Yerixo, Nablus və Cenin şəhərlərində 50 nəfər həbs edilib. Bununla da oktyabrın 7-dən bu yana İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayı 2520 nəfərə yüksəlib».

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}