20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Son bir həftədə Rusiya ordusunun 11 batalyonu məhv edilib
Tarix: 13-11-2023 13:51 | Bölmə: Dünya
Son bir həftədə Rusiya ordusunun 11 batalyonu məhv edilib

Son bir həftə ərzində Rusiyanın Ukraynada itkiləri ciddi şəkildə artıb. Ukrayna Müdafiə Qüvvələri 5,5 mindən çox rus hərbçisini məhv edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Hərbi Media Mərkəzinin Telegram-dakı platformasında bildirilib.

Xüsusilə, Ukrayna Müdafiə Qüvvələri son bir həftə ərzində - noyabrın 6-dan 12-dək - 5 min 690 rus hərbçisini (şərti olaraq 11 batalyon) və 61 tankı (şərti olaraq iki tank batalyonu) məhv edib.

Bundan əlavə, aşağıdakı sayda hərbi texnika da Ukrayna ordusu tərəfindən vurulub:

159 ədəd artilleriya qurğusu (şərti olaraq doqquz artilleriya diviziyası),

105 zirehli döyüş maşını (şərti olaraq üç motoatıcı batalyonu),

5 ədəd raket və iki desant gəmisi.

Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin fikrincə, döyüş meydanında böyük texnika itkiləri və təlim keçmiş kadr çatışmazlığı səbəbindən Rusiya ordusu hücumlar zamanı getdikcə daha çox piyadalara arxalanır.

Ukrayna mediası isə yazır ki, 2022-ci ilin fevralından bu yana genişmiqyaslı işğal zamanı rus ordusu 311 min 550 nəfərə yaxın insan, 5 354 tank və 7 569 artilleriya sistemi itirib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər