20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
İsrail kəşfiyyatı 9 il əvvəl “öldürülən” şəxsi axtarır - Foto
Tarix: 13-11-2023 15:21 | Bölmə: Dünya
İsrail kəşfiyyatı 9 il əvvəl “öldürülən” şəxsi axtarır

İsrail-HƏMAS savaşı davam edir. 37 gündür aparılan hərbi əməliyyatlarda 10 mindən çox qəzzalı həyatını itirib. Məlumata görə, ölənlərin əksəriyyəti qadın və uşaqlardır.

Reyting.az
-ın xəbərinə görə, İsrail ordusu oktyabrın 7-də hücumun necə baş verdiyini hələ də dəqiqləşdirə bilmir. Müharibənin əvvəlində 7 oktyabr hücumunun “Qonaq” kod adlı Məhəmməd Deif tərəfindən hazırlandığı düşünülsə də, indi bu iddialara yenisi də əlavə edilib.

İsrail kəşfiyyatına yaxın mənbələr iddia edir ki, HƏMAS-ın Qəzzadakı lideri və İsrailin “axtarılanlar” siyahısında birinci yerdə olan Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvar illərdir Qəzzanın altındakı tunellərdə yaşayır.

Keçmiş MOSSAD şefi “Telegraph” nəşrinə açıqlamasında hücumun arxasında 3-4 mühüm fiqurdan ibarət bir qrupun durduğuna işarə edib. Onun sözlərinə görə, Məhəmməd Sinvar oktyabrın 7-nə planlaşdırılan hücumun əsas komanda üzvlərindən biri olub.

MOSSAD-ın keçmiş rəhbəri iddia edir ki, M. Sinvar hərbi əhəmiyyətə malik bir insandır: “O, mütləq sağdır. Məhəmməd Deif, Mərvan İsa və Tevfik Əbu Naim kimi adlarla birlikdə axtarışda olanlar siyahısında 7-cidir”.

20 ildən artıqdır ki, Məhəmmədi izləyən jurnalist Ronen Solomonun iddiasına görə, Deifin əsas işi sərhədi aşmaq və adam oğurluğudur. Məhəmmədlə bağlı məxfilik isə o qədər böyükdür ki, hətta Qəzza sakinləri də onu artıq tanımır.



Xatırladaq ki, 9 il əvvəl İsrail və HƏMAS arasında müharibənin qızğın vaxtında dostları Məhəmmədin öldüyünü bildirib, onunla bağlı foto paylaşıblar. Jurnalist Solomon isə bu fotonun uydurma olduğunu iddia edir.

Qeyd olunur ki, Məhəmməd o vaxtdan bəri heç yerdə görünmür. Qəzzanı cəhənnəmə çevirən İsrail ordusu isə Məhəmməd Sinvarla əlaqəli ofislərə basqın edib və burada Sinvara aid sənədlər tapıb.

Onu da qeyd edək ki, 1987-ci ildə qurulan HƏMAS-a ilk qoşulanlardan olan Məhəmməd müxtəlif inzibati vəzifələrə yüksəlib və sonradan HƏMAS-ın hərbi qolu olan İzzəddin Əl Qəssam Briqadalarında işləməyə başlayıb. 2005-ci ildə Xan Yunus briqadasının komandiri olub.

Jurnalist Solomon isə iddia edir ki, HƏMAS-ın bir nömrəli lideri olan Yəhya Sınvarın kiçik qardaşı Məhəmməd tezliklə Rəfah sərhəd-keçid qapısından Misirə keçə bilər.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər