20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Türkiyədə anası və bacısını aldadan qadına 320 il həbs cəzası tələb olunub
Tarix: 13-11-2023 15:54 | Bölmə: Dünya
Türkiyədə anası və bacısını aldadan qadına 320 il həbs cəzası tələb olunub

Türkiyədə anası və bacısını aldadan qadına 320 il həbs cəzası tələb olunub.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Diyarbəkirdə bir qadın “TOKİ-dən pükatmasız ev vədi" ilə aralarında anası və bacısı da daxil olmaqla 33 nəfəri aldadıb.

Məlumata görə, həbs edilən şübhəli Yener T. haqqında Diyarbakır Prokurorluğu tərəfindən hazırlanan iddianamə 9-cu Ağır Cəza Məhkəməsinə göndərilib.

İttiham aktında yazılıb ki, müttəhim Yener T-nin ətrafında olan insanlara Yenişehir Sosial Yardımlaşma və Həmrəylik Vəqfi tərəfindən TOKİ-nin tikdirdiyi binalarda püşkatmaya girmədən ehtiyacı olanlara gizli şəkildə mənzillər verəcəyini vəd edərək onlardan külli miqdarda pul alıb.

31 şikayətçinin ifadəsinin yer aldığı ittiham aktında zərərçəkmişlərin müttəhimə nə qədər pul verdiyi və müttəhimə qarşı şikayətləri də yer alıb.

Təqsirləndirilən şəxsin anası F.K. ifadəsində bunları deyib: "Qızım Yener Diyarbəkirin mərkəzində inşasına başlanan və hələ də davam edən TOKİ evlərindən püşkatmaya girmədən gizli şəkildə mənzillər verdiklərini söylədi. Bunu qəbul edərək Yenerə cəmi 45 min pul verdim. Məni aldadan Yener T-dən şikayətçiyəm”.

Zərərçəkmişlərdən bacısı G.K. Yener T. haqda belə ifadə verib: “2019-cu ilin dekabr ayında Yener T. evimə gəlib dedi ki, kirayə yaşayırsan, sənə TOKİ-dən ev alaq. Bu məqsədlə Yenerə ümumilikdə 58 min lirə verdim. Yener T-dən şikayətçiyəm...".

Məlumata görə, 31 şikayətçinin ifadəsi üzrə açılan cinayət işində qadına 96 ildən 320 ilə qədər həbs tələbi yer alıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər